Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb

10.08.2019 - 17:32

Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb.

Bu barədə APA-ya onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, Ə. Bünyadov cəzasının çəkilməyən hissəsindən azad edilib.

O qeyd edib ki, Penitensiar Xidmətinin Müalicə Mərkəzində Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov sədrliyi ilə keçirilən prosesdə qərar çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl xəstəliyi ilə əlaqədar Ə. Bünyadovun cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı onun vəkili tərəfindən Nizami Rayon Məhkəməsinə müraciət olunub.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan Ə. Bünyadov 15 il müddətindən azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=131953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31