Natiq Cəfərli Milli Şuraya meydan oxudu – Mübahisə davaya döndü

04.09.2019 - 13:51

“Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə”; “Mən Gültəkiin xanımdan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam…”

ReAl Partiyasının icra katibi Natiq Cəfərli Milli Şura rəhbərliyi ilə bağlı ciddi ittihamlar səsləndirib.

Musavat.com xəbər verir ki, N.Cəfərli sosial şəbəkədəki statusunda ona qarşı Milli Şura tərəfindən aparılan kampaniya barədə yazıb. ReAl təmsilçisi bildirib ki, Milli Şura onun şəxsinə və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb: “Fikri olub beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa MŞ rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşqnən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Musavat Partiyası 2013-cü ildə MŞ-dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki rejimə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki, hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar – hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydln məntiqdir ki, anlamırlarsa, deməli beyinləri yoxdur”.

N.Cəfərli “Azad Söz” verilişində səsləndirdiyi arqumentlərə görə təzyiqə məruz qaldığını açıqlayıb. Onun yazdığına görə, 1 saat 20 dəqiqəlik verilişdə çox mətləblərdən danışsa da, videonun altlnda həm YAP, həm də MŞ trollarından eyni miqdarda təhqir və söyüş yazıldığını görüb: “Həm hakimiyyət, həm bunlar məni söyürlər, bu adama ləzzət eləyir, deməli düz yoldayıq, deməli iki beyinsiz kütlə üçün də təhlükəyik”.

N.Cəfərli verilişdə səsləndirdiyi tezislərdən “əgər vitse-prezident seçkiyə tək getsə, rəqib cinah – müxalifət birləşməsə, birgə hərəkət etməsə, ona qalib gəlmək çətin olacaq” fikrinə qarşı aparılan hücuma toxunub: “İndi irad bildirirlər ki, niyə “çətin olacaq” demişəm, bəs nə deyim, 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım – Gəlirik, Tikdəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır – beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm – siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə.

Deyəcəksiz bu yazını nədən yazdım? Cavab verim – Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq – Bir daha: Həmişə. İndi də Milli Şura rəhbərliyə daxil olan Güktəkin xanım mənə qarşı status yazıb, deyir ki, İsa Məsih də gəlsə YAP namizədi olsa, heç bir seçkidə qalıb gələ bilməz – Bu cümləyə görə ona təşəkkür edirəm. Deməli, özü Həzrəti Fatimə deyil və YAP adı ilə iki seçkini qazanmayıb, ona mandat hədiyyə edilib. Gözəl etirafdı, bravo. Sonra adam yenə “niyə də yox”; sözünü yada salıb, halbuki həm mediada, həm də sosial şəbəkələrdə azı 15 dəfə bunu izah etmişəm – ya başa düşməyib, ya qəsdən cığallıq edir. Sonra da xanım deyir ki, kimin müxalif, kimin müxalif olmadığına qərar verək – əsl faşist təfəkkürüdür, YAP-dan çıxan başqa necə düşünə bilər ki?! Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox.

Ona son şans vermək istəyirəm – özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalust istənilən sualı versin, mən isə ondan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=132413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31