Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq

04.09.2019 - 16:19
Rusiyanın nüfuzlu “Birinci kanalı”nda (1TV) bu payız mövsümündə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” bədii serialının premyerası keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, rejissorlar – Dimitri Tiurin və Roman Prıqunovun rəhbərliyilə çəkilən ekran əsərində M.Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç oynayır.

Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi böyük sənətkarın həyat yoldaşı, opera müğənnisi Tamara Siniavskayadır.

Bundan əvvəl Xalq artisti Emin Ağalarov Müslüm Maqomayevə həsr olunan səkkiz bölümlü bədii filmin çəkiləcəyini bildirmişdi. Ötən ilin oktyabr ayında filmin çəkilişləri Bakıda başlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=132432

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31