Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq

05.09.2019 - 17:02

685d70f5c0cdf6f“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi nəhayət, bu il Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bu barədə APA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi tam hazırdır və Milli Məclisin payız sessiyasının plenar iclaslarının birinə təqdim olunacaq: “Qanun layihəsində narazılıq doğuran məsələlər var idi. Bunlar – surroqat ana və cinsi hüceyrələrin donorluğu idi. Hər iki maddə qanun layihəsindən çıxarılıb”.

Komitə sədrinin müavini qeyd edib ki, payız sessiyası ərzində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna da əlavə və dəyişikliklər ediləcək: “Buna səbəb isə gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır”.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi uzun illərdir ki, qəbul edilmir. Layihədə yer alan məqamlar dəfələrlə mübahisəyə səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=132529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31