Millimiz baş məşqçisi ilə vidalaşdı

09.09.2019 - 14:18

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması baş məşqçisiz qalıb.

APA-nın məlumatına görə, italiyalı çalışdırıcı Covanni Kaprara milli komandadan ayrılıb.

Buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısa müddətə müqavilə bağladığı C. Kaprara yenidən İtaliyanın “İl Bisonte” klubuna qayıdıb.

May ayında millinin “sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. C. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb.

Beləliklə, Azərbaycan yığması ilə C. Kapraranın rəhbərliyi altında keçirdiyi 15 matçda 5 qələbə qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31