Azərbaycan və Türkiyə aviasiya vasitələrinin təlimi keçirilib

10.09.2019 - 12:46

0e4e542e-94e0-4290-9603-71e27223da20“TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, Yevlax rayonunda keçirilən təlimlərdə pilotlarla uçuşöncəsi brifinq keçirilib.

Bildirilib ki, Azərbaycan və Türkiyə aviasiya vasitələrinin uçuşlarını həyata keçirmək üçün uçuş zolağı tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Sentyabrın 16-da yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31