AŞPA prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

10.09.2019 - 13:29

8176ee3d-df3e-46c8-802a-6528edffd99bAvropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskienin sentyabrın 11-12-də Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin proqramı açıqlanıb.

“Report“un Fransa bürosunun məlumatına görə, AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub.

Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı “dəyirmi masa”da da iştirak edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=132782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31