Nazir “TurAz Qartalı – 2019” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

12.09.2019 - 18:10

94f9825a-d01d-44e1-811e-7228a49aa9f0Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gediblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.

İki ölkənin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.

Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Sonra qonaqlar və təlim iştirakçıları üçün birgə nahar təşkil edilib.

Qeyd edək ki, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31