TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlanıb

19.09.2019 - 15:43

1e217989-80c8-46d1-a97e-01e319cfe07cAzərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün həyata keçirilən Trans-Anadolu Boru Kəməri (TANAP) ilə indiyə kimi (2018-ci il iyunun 30-dan) Türkiyəyə 2,5 mlrd. kubmetrdən çox qaz nəql olunub. “Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz Mərhələ 2”də 93% (ilk qazın əldə olunması 100%), TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.
İlkin mərhələdə ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin 6 mlrd. kubmetri Türkiyə bazarlarına, 10 mlrd. kubmetri Avropa bazarlarına çatdırılacaq. 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyə bazarına kommersiya qazının nəqlinə başlanılıb. 2020-ci ilin əvvəlində Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=133306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31