Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib

20.09.2019 - 15:54

c7f8ac93-b5a2-4b23-ac99-88966af479d2Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=133384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31