“Yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin bir parçası olub” – Səfir

02.10.2019 - 12:41

155d945a01e8434“Azərbaycan və İsrail arasında əlaqələr strateji əhəmiyyət daşıyır”.

APA-nın xəbərinə görə, bunu İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) Bakıda keçirilən təsis konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Azərbaycan və İsrail arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirən səfirin sözlərinə görə, bu əlaqələr müxtəlif istiqamətləri əhatə edir: “Müdafiə və iqtisadi sahələrdə, habelə enerji sektorunda olan münasibətlərdən danışmaq istəmirəm. Mən əsas diqqətimi xalqlarımız arasında olan münasibətlərə yönəltmək istəyirəm. Xalqlarımız arasında əlaqələrin tarixi çox qədimdir”.

D. Stav qeyd edib ki, yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin bir parçası olub: “Yəhudilər azərbaycanlılarla birlikdə sevinib, birlikdə kədərlənib. Azərbaycan hər zaman multikulturalizm nümunəsi olub. Buna görə də, ölkələrimiz arasında əlaqələrin qorunması olduqca vacibdir. Hazırda Azərbaycanda təsis olunan İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) bu münasibətlərin qorunmasında öz töhfələrini verəcək. İsrail səfirliyi də belə vacib tədbirdə iştirak etməkdən qürur duyur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31