Azərbaycan Türkiyədən yeni hərbi texnika alıb – FOTOLAR

31.10.2019 - 12:15

a0569ebb-6342-4eb6-8858-8147b6a3a16cƏlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikalarla gücləndirilir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Cümhuriyyət”ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan Ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni xüsusi texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Türkiyədə istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilməsi hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir.

Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Türkiyənin yerli istehsalı olan MST teleskopik yükləyiciləri bir çox üstünlüklərə malikdir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir.

Qabaqcıl texnologiya və dünya standartlarına uyğun komponentlərdən ibarət bu texnikalar dəyişən hidravlik nasosu və iki pilləli sürət qutusuna qoşulmuş hidromotoru sayəsində operatoru yüksək dartma və mükəmməl idarəetmə ilə təmin edir. Müxtəlif sənaye tətbiqləri üçün bütün ehtiyacları ödəyə bilən bu mini ekskavatorların üstün texnologiyası ən çətin coğrafi məkanlarda belə, asan istifadəyə imkan verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728