TƏBİB: Azərbaycanda koronavirusla bağlı fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur

16.03.2020 - 20:25

“Bizim ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, R. Bayramlı deyib ki, bu, vəziyyətdən asılıdır: “Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamalığımz buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyə elan edib, amma Azərbaycanda koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.

R. Bayramlı qeyd edib ki, karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalarda yerləşdirilib: “Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar isə rayonlardakı xəstəxanalardadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=144038

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31