Azərbaycanda vəzifəli şəxs 3 min manat cərimələndi

11.04.2020 - 13:54
Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən yerində araşdırılıb. 
Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində  yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı məlum olub.
Poliqonda məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.
Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Belə halların baş verməməsi  üçün cavabdeh şəxs Q.Qəhrəmanova icrası məcburi olan “məcburi göstəriş” verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=145081

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31