“Karantindən sonrakı karantinə hazır olun” – heç nə bitmədi, yeni başlayır

16.05.2020 - 23:17

Ən yaxşısını ümid edək və eyni zamanda, ən pisinə hazırlaşaq…

Bir çox ölkələrdə mayın əvvəlindən koranavirusla bağlı tətbiq edilən karantin rejimini yumşaldılması başlayıb. Bəzi ölkələrdə hələ də günlük ölüm halları və yoluxmaların səviyyəsi yüksək olsa da, karantin rejimini yumşaltmalı olublar. Daha doğrusu, buna məcburdurlar…

Karantindən çıxmaq uzun, ağrılı prosesdir, amma çox güman ki, bu, son da deyil. Bəlkə də gələcək illərdə həyatımız depresiv ritmdə davam edəcək: məhdudlaşdırıcı tədbirlərin ləğvi, sonra yenə koronavirus hallarının sayının artması, sonra yenə məhdudiyyətlər…

Bildirilir ki, virusla bağlı bəzi tibbi proqnozları ölkə hökumətləri cəmiyyətdən məxfi şəkildə təhlil edirlər. Amma nə olsa belə, sərt karantin rejiminin davam etməsi mümkünsüz kimi görünür. Rəsmi açıqlamalar və yarrəsmi danışıqlar səviyyəsində ümumi qənaət belədir: birincisi, səhiyyə sistemini çox sayda koronavirus xəstəsi qəbul etməyə hazır etmək lazımdır. İkincisi, iqtisadiyyata “nəfəs” vermək ehtiyacı var. Üçüncü səbəb  insanları daha karantində  saxlamağın mümkün olmaması ilə əlaqədardır.

Bütün dünyada təhlillər əsasən, bu üç vacib şərt üzərində fokuslanıb. Koronavirusun şərti olaraq “birinci dalğası” adlandırılan mərhələsini xüsusilə Avropa ölkələri və ABŞ ağır keçirdi. Bu ölkələrlə, məsələn cəmi 3 min yoluxma olan Azərbaycanla müqayisə oluna bilməz. Amma indi həm də o nəticə var ki, koronovirusun çox can aldığı ölkə ilə az itki ilə üzləşmiş ölkələr arasında karantin rejimin yumşalmasında o qədər də ciddi fərq yoxdur. Yəni koronovirus varsa, o bütün ölkələrdə eyni cür təhlükədir.

Getdikcə isə daha çox mütəxəssis koronovirusla bağlı pessimist proqnoza  gəlir: koronavirus 2020-ci ildə qalmayacaq və daha uzun müddət bizimlə olacaq. 

“New York Times” qəzeti  Minnesota Universitetinin tədqiqatçılarına istinadən yazır ki, koronovirus vaxtaşırı bir və ya digər coğrafi bölgələrdə epidemiya şəkildə yayılacaq, bu prosesə ən az 18-24 ay hazır olmalıyıq. Ancaq gəlin, “ən yaxşısını ümid edək və eyni zamanda, ən pisinə hazırlaşaq”.

Rusiya mediası da bu narahatlıqları bölüşərək yazır ki, qısa müddətli proqnoz onu göstərir ki, karantin ləğv ediləcək və çox yüksək bir ehtimalla yenidən tətbiq olunacaq. Qısamüddətli dövrün proqnozu budur. “Yaxın gələcəkdə koronavirus üzərində qələbə qazanmaq sual altındadır, amma  məhdudiyyətlərin aradan qaldırılmasından sonra iqtisadi fəallıq çətin görünür.  Məsələn, Çində karantin rejimi demək olar ki, ləğv olunub, amma bir çox iri ticarət mərkəzləri hələ də yarı boşdur. Ancaq yeni reallıqlara uyğunlaşmaq hər mənada çox ağrılı olacaq. Buna görə, mart ayının sonunda tətbiq olunan məhdudiyyətlərin dərhal ləğv edilməsi səbəbindən həddən artıq eyforiyaya düşməyək. Yalnız “poçtalyon həmişə iki dəfə qapının zəng vurur.” Koronavirus üç və dörd dəfə və istədiyiniz qədər dəfələrlə “zəng edə” bilər” deyə, Rusiya mediası yazır.

Orxan ƏLİYEV,
Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930