Bakı İrəvanı buradan vura bilər – Polkovnik

21.05.2020 - 09:32

Ermənistanın Naxçıvanla bağlı düşüncəsi ciddi ölçüdə dəyişib. Belə ki, Naxçıvanın Azərbaycanla quru sərhədinin olmaması düşmənin gözündə Azərbaycanın zəifliyi olaraq görülürdü. Lakin bu gün Ali Baş Komandanın səyləri nəticəsində Naxçıvandakı ordumuz Ermənistan üçün daha böyük təhlükə olaraq qiymətləndirilir.
Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyədən alınan müasir “TRG-300”, “Pələng” reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsi haqqında Türkiyə mediasında yayılan və Ermənistanda narahatlıqla qarşılanan informasiyanı şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Naxçıvanda yerləşən ordu birləşmələrinin güclənməsi, modernləşməsi və ən yeni silahlar ilə təkmilləşməsinə xüsusi diqqət yetirir: “Naxçıvan Muxtar Respublikasının bu gün Azərbaycanla quru sərhədi yoxdur. Lakin Naxçıvan Əlahiddə Birləşmələri də Azərbaycan Silahlı Qüvvələrinin bir parçasıdır. Ali Baş Komandan İlham Əliyevin son illərdə Naxçıvandakı ordu hissələrimizə xüsusi diqqət yetirməsi, təbii ki, ilk növbədə Ermənistanı narahat edir. Bunun başlıca səbəbi isə Naxçıvanın artıq mümkün bir müharibədə rahat hədəf deyil, Ermənistanın birbaşa özü üçün ciddi təhlükə olaraq görülməsidir. Faktiki olaraq Naxçıvan Əlahiddə Ümumqoşun hissələri Ermənistan üçün ciddi təhlükədir”.
Polkovnik qeyd edib ki, Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “Pələng” reaktiv yaylım atəşi sistemləri öz sinfinin ən müasir növüdür: “Bu gün bir çox mütəxəssis etiraf edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı belə hədəfə ala bilər. Yəni bu, heç kəsə sirr deyil. Məhz bu səbəbdən Naxçıvandakı ordumuz xüsusi uzaqmənzilli reaktiv yaylım atəşi sistemləri ilə gücləndirilib. “Pələng” – Türkiyə istehsalı olan 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin ən son versiyasıdır. Bu qurğuların maksimal uçuş məsafəsi 120 kilometrdir, 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vura bilir. Ermənistan ordusu dəfələrlə rəsmi və qeyri-rəsmi olaraq bildirib ki, müharibə başlanan zaman ilk hədəf Bakı ərazisində yerləşən neft buruqlarıdır. Lakin GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi faktiki olaraq Ermənistanın bu planını alt-üst edir. Çünki bu raket sistemləri hazırda Naxçıvanda ordumuzun Ermənistanın paytaxtı da daxil olmaqla, istənilən nöqtəsini vurmaq imkanına malikdir. Raketin hədəfdən yayınma ehtimalı çox azdır”.
Polkovnik deyib ki, Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları üçün də böyük səddir: “Naxçıvandakı ordumuzun Günnüt istiqamətində hərbi əməliyyatlar aparması və müvəffəqiyyət əldə etməsi bu gün Ermənistan üçün başqa bir problem də yaradıb. Faktiki olaraq Naxçıvandan Laçın koridoru və Qarabağın strateji nöqtələrinə nəzarət edilir. Bu isə Ermənistanın mümkün müharibədə əl-qolunu bağlayan faktdır”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147166

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031