Abşeronda şəhidlərin ruhuna hörmətsizlik

29.05.2020 - 10:29

Abşeron rayonunun Goradil qəsəbəsində Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsinə qoyulmuş abidə bərbad gündədir. Sosial şəbəkədə yayılmış bu fotoya əsasən demək olar ki, abidə baxımsız vəziyyətdədir və təmirə ehtiyacı var. Bir zamanlar təntənəli şəkildə açılmış bu bağda indi qoyunlar otlayır, yerli hakimiyyət isə nədənsə göz önündə olan bu mənzərəyə laqeyd yanaşır. Maraqlıdır ki, abidə hər iki müharibədə həlak olmuş Goradil sakinlərinin anısına ucaldılıb.
Yerli hakimiyyət nəzərdən qaçırsa belə, sakinlər özləri ən azından bu vəziyyətə nəzarət edə bilərdilər. Axı bu bir növ əzizlərin məzarı hesab edilə bilər. Məzara isə hörmətsizlik edilmir.Hər bir halda ölkədə bu kimi yaradılıb, sonra unudulan, görənlərdə təəssüf və məyusluq duyğuları yaradan abidələr az deyil.
Şəhidlər xiyabanına göstərilən böyük diqqət və qayğıdan sonra burda uyuyan şəhidlərin belə unudulması yaşayanlar üçün utancverici olmalıdır. // Bizimyol.info

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147376

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031