SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB – Son 9 ay ərzində ikinci dəfə

27.06.2020 - 11:31

Azərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey “öz qaydasında” davam etməkdədir.

“AzPolitika.info” xəbər verir ki, iyunun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair  böyük tenderə yekun vurub. «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderdə «İmprotex Trucks and Buses» MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.

Qeyd edək ki, son 9 ay ərzində «İmprotex Trucks and Buses» MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair tenderin  qalibi olur. 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar alınıb.

Belə ki, 2019-cu ilin 18 oktyabrında «İmprotex Trucks and Buses» MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.

Qeyd edək ki, sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur. “Improtex Trucks and Buse” MMC sabiq nazirə məxsus olan “İmproteks Şirkətlər Qrupu”na aid şirkətlərdəndir. Fizuli Ələkbərovun sahibi olduğu bu qrupa minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.

Tahir

AzPolitika.info

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930