Su ilə bağlı mübahisələrə bütün məhkəmələrdə baxılacaq

01.07.2020 - 11:00

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələrə təkcə İqtisad məhkəmələrində baxılmayacaq.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Sudan istifadə Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan müqavilədə tərəflər arasında xüsusi şərtlərə dəyişiklik edilib.

Belə ki, bundan sonra bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranan mübahisəli məsələlər qüvvədə olan normativ hüquqi aktlarla öz həllini tapmadıqda, həmin mübahisəli məsələlərə Azərbaycanın bütün məhkəmələrində baxılacaq.

Qeyd edək ki, indiyə qədər həmin mübahisələrə yalnız İqtisad məhkəmələrində baxılırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=149048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930