Bəxtiyar Vahabzadənin oğlunun şok ittihamı: “Xarici İşlər Nazirliyində Ermənistana işləyənlər var”

04.07.2020 - 01:15

DTX-nın Xarici İşlər Nazirliyindəki əməliyyatı diqqətı bu qurum üzərinə çəkdi. Bununla bağlı cumhuriyyet.az olaraq Azərbaycan Respublikasının Pakistan, Moldova və Belarusda sabiq səfiri, filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadənin bəzi fikirlərini diqqətinizə çatdırırıq. Xalq Şairi Bəxtiyar Vahabzadənn oğlu jurnalist Sevinc Osmanqızı ilə söhbətində millətinə bağlı olmayan diplomatın ölkəyə xeyir verməsinin mümkün olmadığını bildirib. O, Azərbaycan Xarici İşlər Nazirliyinə rəhbərlik edən şəxsləri, başda Elmar Məmmədyarov olmaqla, millətə bağlı olmamaqda ittiham edib. Fikrini əsaslandırmaq üçün konkret misallar da çəkib.

Sabiq səfir nazir Məmmədyarovun hansısa bir görüşdən əvvəl Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və Türkiyənin xarici işlər naziri ilə söhbətinə dair maraqlı faktı açıqlayıb: “Türkiyənin xarici işlər naziri soruşdu ki, “hanki dildə konuşacağıq?”. Ermənistanın xarici işlər naziri cavab verdi ki, “bana fark etməz, əfəndilər”. Vahabzadənin sözlərinə görə, bu zaman Məmmədyarov rus dilində bildirib ki, “mən Azərbaycan dilində çox pis bilirəm, ona görə də danışa bilmərəm: “Buradan götürün ki, bu adam kimdir, nəyə qadirdir”.

İsfəndiyar Vahabzadə bildirib ki, Elmar Məmmədyarovu xarixi işlər naziri vəzifəsinə “mənsub olduğu torpağa görə” təyin ediblər: “Milli təhlükəsizlik naziri Eldar Mahmudov vardı, akademik Əhməd Mahmudovun oğlu. Onu işdən çıxarandan sonra dedilər ki, biz bilməmişik, onun anası yəhudiymiş, özü də İsrail kəşfiyyatına işləyirmiş…”

Sabiq səfirin sözlərinə görə, Xarici İşlər Nazirliyində işləyənlərin də bir çoxunun ermənilərlə, yəhudilərlə, ruslarla qarışığı var: “Bu adamlar başqa yerlərdə işləyə bilər. Amma Xarici İşlər Nazirliyində, güc nazirliklərində, kəşfiyyat xarakterli məlumatların olduğu orqanlarda belə adamların işləməsinin mən qəti əleyhinəyəm. Bu barədə mən dəfələrlə yazmışam və buna görə dəfələrlə də döyülmüşəm… Amma yenə deyirəm ki, Daxili İşlər, Xarici İşlər nazirliklərində, Milli Təhlükəsizlik, Müdafiə Nazirliyində başqa millətlərlə qarışığı olanlar işləməməlidir!”

İsfəndiyar Vahabzadə belə adamların xarici kəşfiyyat tərəfindən daha asan ələ alındığına işarə edərək, XİN rəhbərliyinə qarşı ağır ittihamla çıxış edib: “Mən 17 il səfir işləmişəm. O dövr Azərbaycana bir məlumat yazib göndərmişdim. Şifrə ilə göndərmişdim. Üstündən təxminən bir həftə keçmiş erməni səfiri mənə dedi ki, siz filan məktubu göndərmisiniz… Onda hiss etdim ki, bizdə (Xarici İşlər Nazirliyində-red.) Ermənistana işləyənlər var”.

İsfəndiyar Vahabzadənin sözlərinə görə, həmin məktubdan sonra onu, hətta atasını – Bəxtiyar Vahabzadəni ermənilərə bağlamağa çalışıblar: “Guya Bəxtiyar Vahabzadənin anası erməni olub… Ancaq o da baş tutmadı. Bunu deyən adam da sonradan üzr istədi. Dedi ki, mənə də belə deyiblər. Amma kim deyib, daha fərqinə varmadıq”.

Sabiq səfir deputatlar arasında da qarışıq qanlıların üstünlük təşkil etdiyini bildirib: “Bizim parlamenti götürək. Ermənilərlə, yəhudilərlə, ruslarla qohumluğu olanlar kök salıblar. Bunlara toxunan da yoxdur”.

İsfəndiyar Vahabzadə Azərbaycanın xaricdəki səfirlərinin bir çoxunun başının biznesə qarışdığını, diplomatik fəaliyyətlə deyil, alverlə məşğul olduqlarını bildirib: “Bu gün bizim Xarici İşlər Nazirliyndə ziyalı sayıla biləcək adam yoxdur. Bu biabırçılıqdır”.

İsfəndiyar Vahabzadə alveri bacarmayanlara bu gün iş verilmədiyini bildirib: “İsmayıl Şıxlının oğlu niyə bu gün işsizdir? Bax ona görə… Ziya Bünyadovun oğlu niyə bu gün işsizdir? Hansı ki, atası bu ölkənin yolunda canını qoyub. Oğlunu maddə ilə işdən çıxardılar. Şıxəli Qurbanovun oğlunu işdən çıxarıblar… Bu faciədir! Milli faciə!

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=149252

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31