Operativ Qərargah karantin rejimi ilə bağlı müraciət yayıb

18.07.2020 - 11:46

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah müraciət yayıb.

İnterAz xəbər verir ki, müraciətdə deyilir:

“Bildiririk ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir. Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır.

Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar 17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırq:

16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmışdır və qarşıdakı müddətdə 14 rayonda qüvvədə olacaqdır.

Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31