Azərbaycanda qadın vəkil koronavirusdan vəfat etdi
Vəkil Rəfiqə Seyidova koronavirusdan dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.
Vəkillər Kollegiyasının üzvü Rəfiqə Seyidova 62 yaşında idi.
Qeyd edək ki, R.Seyidova 14 saylı Vəkil Bürosunun vəkili idi.
Allah rəhmət eləsin!
Short URL: http://www.cumhuriyyet.net/?p=150288