Azərbaycanda sabiq nazir vəfat etdi

21.07.2020 - 11:17

Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.
Sfera.az xəbər verir ki, 1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Bağırova Nailə Ağadadaş qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb. O, əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.
Nailə Bağırova “Şərəf nişanı” ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.
Allah rəhmət eləsin.(parla.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=150516

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31