Ordumuz hazır vəziyyətə gətirildi: Əsgərimiz 3000 metr yüksəkliyə qalxdı (VİDEO)

23.07.2020 - 22:29

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3 000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq. Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

Ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədi ilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur. Bu gün müasir kazarmalarda yaşayıb, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət planlı şəkildə məşq etdirilir. Əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.

Döyüş hazırlığının əsas tərkib hissəsi olan fiziki hazırlıq üzrə keçirilən idman saatlarında şəxsi heyət böyük həvəslə iştirak edir.
Bu gün tam əminliklə deyə bilərik ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, Hərbi Andın və nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31