Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI

02.08.2020 - 18:29
“Artıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir göstərmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur.
Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi, yoluxanların sayı sabitləşdi. Amma sonradan gördünüz ki, son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olunur, hətta bəzən kəskin azalma müşahidə olunur və sanki yoluxmaların sayı azalma istiqamətində gedir. Bu, gözlənilən hal idi. Görülmüş tədbirlərin nəticəsidir”.
Sfera.az xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”da qonaq olarkən deyib.
“Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər.
Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq. Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək.
Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır. Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra – bu, Operativ Qərargahın qərarından asılı olacaq – növbəti yumşalma olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=151633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31