Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru cəzalanıb

19.08.2020 - 11:00

Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Xidmətin rəis müavini Ramal Bağırov məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

“Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3 000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”, – o qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=152523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728