Son 3 gündə bu rayonda koronavirusa yoluxma qeydə alınmayıb

21.08.2020 - 12:18

Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə “Report”un Muğan bürosuna rayonun tibb müəssisəsindən məlumat daxil olub.

Qeyd olunub ki, avqustun 17, 18 və 19-da rayon ərazisində COVID-19-a yoluxma halının müəyyənləşdirilməsi üçün götürülən test analizlərinin nəticəsi neqativ çıxıb və bununla da, rayonda yoluxma halı aşkar edilməyib.

Qeyd edək ki, Cəlilabad daha əvvəl koronavirusa kütləvi yoluxma hallarının qeydə alındığı ərazilərdən biri olub. Bir müddət əvvəl rayonun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub. Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Bundan sonra koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərdə polis nəzarəti gücləndirilib. Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, Cəlilabad şəhəri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların sırasındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=152692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728