Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı

25.08.2020 - 10:33

Mərkəzi Gömrük Hospitalında COVID-19-dan müalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.

Bu barədə hospitaldan məlumat verilib.

Məlumat üçün bildirək ki, G.Ağayeva ön cəbhədə virusa xəstələri müalicə etdiyi zaman yoluxub. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunan razılığa əsasən avqustun 12-də Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi.

Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı.(azpolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=152927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728