Azərbaycanda ova görə cərimələrin məbləği artırılır

25.08.2020 - 19:12

“Qırmızı kitab”a düşən növlərin qanunsuz ovlanması hallarına çox təəssüf ki, yol verilir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ETSN-in “facebook” səhifəsində canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bu gün mövcud olan qanunsuz ova görə təbiətə dəymiş ziyanın miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq edilən “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir:

“Bugünkü durumumuz imkan verir ki, təbiətə dəymiş ziyana görə cərimənin məbləğini artıraq. Bununla bağlı normativ akt hazırlanıb. Ancaq bu, bir neçə sferaları əhatə etdiyindən onun razılaşdırılması vaxt tələb edir. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728