Gəncədə “Krıtı Malış” tapança ilə tutuldu
Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunan və kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman kustar üsulla hazırlanmış atəşə yararlı “Naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9 millimetr kalibrli “Makarov” tipli tapançanın patronları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=153019