4 məşhur vəkilə dair şikayətə baxıldı – Vəkillər Kollegiyasından gözlənilməz qərar

26.08.2020 - 12:55

Baş Prokurorluğun təqdimatına əsasən iki vəkil barəsində təqdimata baxılıb.Musavat.com xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasın əsas gündəm mövzusu vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli barəsində Baş Prokurorluq tərəfindən təqdim edilmiş təqdimatın və Bəhruz Bayramov barədə şikayətin müzakirəsi olub.

Baş Prokurorluğun təqdimatında Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması istənilib.

Qeyd edək ki, hər iki vəkil Gəncə hadisələrində təqsirləndirilən şəxslərin vəkili kimi çıxış ediblər. İddia olunur ki, həmin vəkillər intizam pozuntusuna yol verib.

Həmçinin Bəhruz Bayramovla bağlı da ayrı bir şəxs tərəfindən daxil olan şikayət də müzakirə edilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti müzakirələr nəticəsində belə qərara gəlib ki, hər üç şəxs heç bir intizam pozuntusuna yol verməyib.

Bu qərarı gözlənilməz və maraqlı qərar hesab etmək olar. Çünki adı çəkilən üç vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılacağı ilə bağlı sosial şəbəkələrdə də müzakirələr gedirdi.

Vəkil Janna Bağırova isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə vəkillikdən xaric edilib.

Qeyd edək ki, Janna Bağırova barəsində bir neçə dəfə intizam icraatı başlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=153033

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728