Polis Bakıda küçələrə nəzarəti gücləndirdi

26.08.2020 - 19:43

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər, küçə ticarəti, avara və tufeyli həyat tərzi sürən şəxslərin profilaktikası, antisanitariya normalarının tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

Qeyd olunan hallarla bağlı mövcud qayda və tələblərə əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=153104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728