Polis Ceyranbatanda axund da daxil olmaqla 29 nəfəri cərimələdi – FOTOLAR

30.08.2020 - 16:09

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər xüsusi karantin rejimini pozublar.DİN-nin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub.

Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.

Qeyd edək ki,saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=153146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728