Dini mərasim keçirmək adı ilə ictimai qaydanı pozmağa cəhd edən Astara sakinləri həbs edildi

31.08.2020 - 10:47

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir neçə şəxsin edilən xəbərdarlıqlara rəğmən “Aşura” mərasimi keçirmək adı ilə məscidə daxil olmaq istədiyini aşkarlayıblar. Polisin qanuni tələblərinə tabe olmayan və ictimai qaydanı pozmağa cəhd edən həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətilib. Onların Astara rayonunun Ərçivan qəsəbə sakinləri İ.Şükürov və N.Məmmədov, Süparibağ kənd sakinləri V.Mikayılov və Ş.Abdullayev olduqları müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə toplanmış materiallar Astara Rayon Məhkməməsinə göndərilib və məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs olunublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=153203

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728