“Karantinin ən zəhmətkeş ulduzu özüməm” – Murad Arif
Murad Arif bu dəfə Elşad Xose ilə oxuyacaq
Müğənni-bəstəkar Murad Arif karantin günlərində ən çox işləyən sənət adamı olduğunu iddia edib.
Musavat.com xəbər verir ki, ifaçı yeni mahnı və klip üzərində çalışdığını söyləyib:
“Bu karantinin ən zəhmətkeş ulduzu özüməm. Karantində ikinci klipini çəkib bitirən adama Murad Arif deyilir. Heç birinin büdcəsi az və istehsalatı sadə deyil. Əsl klip deyə biləcəyimiz, rəngarəng və coşğulu işlərdir. Asan deyil, amma sektor işləməli, insanlar dolanmalıdır. Bir-iki günə dəli bir iş gəlir”.
Müğənni daha sonra Elşad Xose ilə işbirliyi qurduğunu açıqlayıb.
Qeyd edək ki, pandemiya dövründə müğənni reper Ramil Nabranla ifa etdiyi “Qadan alaram” duetinə klip çəkdirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=153337