Daxili işlər orqanında yeni təyinat olub

03.09.2020 - 12:27

Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.

“Report”un Muğan bürosu xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Qoşqar Kazımov Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub.

O, bu təyinatdan əvvəl Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İctimai təhlükəsizlik şöbəsinin baş inspketoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ay Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728