Murad Arif intihar edən gəncdən yazdı: “Kaş mahnımın sözlərindən güc alardı… “

07.09.2020 - 15:29

Xəbər verildiyi kimi Sabirabad Rayon Gənclər və İdman İdarəsinin keçmiş əməkdaşı, 31 yaşlı Rauf Əsədov intihar edib. O, intihar etməzdən əvvəl son fikirlərini “Facebook”da paylaşıb və “Oğlum” mahnısının sözlərindən bir bəndi qeyd edib.

Musavat.com bildirir ki, bu mahnını ifa edən bəstəkar-müğənni Murad Arif hadisəyə biganə qalmayaraq, sosial şəbəkədəki səhifəsində  aşağıdakıları yazıb:
“Sabirabadda bir cavan ata, mənim “Oğlum” mahnımın sözlərini öz oğlu üçün yazaraq, intihar edib. İçim darmadağın… Kaş ki, elə o mahnıdakı “Varlığın belə yaşamağa bəsdir mənə” cümləsindən güc alaydı… Allah rəhmət eləsin..”

Qeyd edək ki, Gənclər və İdman Nazirliyindən bildirilib ki, intihar edən Rauf Əsədov avqustun 4-dən Sabirabad Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi vəzifəsindən öz istəyi ilə çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=153761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728