Hökumət yeni əfvə hazırlaşır – komissiyanın yeni tərkibinin üzvlərindən açıqlama

10.09.2020 - 10:59

Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib. Bu sərəncamla Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev komissiyanın sədri vəzifəsindən azad edilb və onu PA-nın indiki rəhbəri Samir Nuriyev əvəzləyib.

Yeni formalaşdırılan komissiyanın heyətinə yeni üzvlər də daxil edilib. Onlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, parlamentin üzvü Sədaqət Vəliyeva, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva və Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyevadır.

Komissiyanın tərkibinin formalaşdırılmasından sonra əfv sərəncamı da gündəmə gəlib. Azərbaycan hökumətinin əfvə hazırlaşdığı deyilir. İlin sonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sərəncamın imzalanağı bildirilir. Eyni zamanda indiki şəraitdə Müsavat funksioneri Tofiq Yaqublu başda olmaqla, həbsxanalardakı siyasi məhbusların azadlığa buraxılmasının Azərbaycan üçün vacibliyi məsələsi ətrafında da müzakirələr gedir. Doğrudur, əvvəlki illərə nisbətən hazırda ölkəmizdə siyasi mənsubiyyət daşıyan məhbusların az olmasına da diqqət çəkilir. Amma istənilən halda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində bu məsələnin əleyhimizə işlədiyi qeyd edilir.

Fazil Mustafa polisin başına zibil tökənləri dəstəkləyənləri "it sürüsü"  adlandərdı

Fazil Mustafa: “Gərək ilk iclas keçirilsin, müzakirələr olsun ki…”

F.Mustafa “Yeni Müsavat”a açıqlamasında əfv sərəncamı barədə yeni üzv olduğu üçün indidən nəsə bir fikir deyə bilməyəcəyini söylədi: “Sərəncam yeni verilib. Müzakirələrə hələ qatılmamışam. Hansı hazırlıqların getdiyindən də xəbərsizəm. Amma Əfv Komissiyasının əvvəlki tərkibində yer alan üzvlərdə belə bir bilgi ola bilər. Lakin əfv məsələsi elədir ki, bu daimi olur. Pandemiya şəraitində aylar öncə belə bir sərəncam oldu. Bu baxımdan yenə də olması mümkündür. Məncə, bu məsələlər gündəmdədir. Amma konkret olaraq, nə zaman olacağı barədə hələ ki məlumatım yoxdur. Gərək ilk iclas keçirilsin, müzakirələr olsun ki, onunla bağlı biz hər hansı bir şəkildə məlumat sahibi olaq. Ümid edirəm ki, yaxın zamanlarda bu olacaq”.

Deputat komissiya üzvü təyin edilməsinin onun üçün həm gözlənilməz, həm də gözlənilən olduğunu deyir: “Gözlənilməz oldu, ona görə ki, indiyə qədər orada təmsil olunmamışdım. Amma gözlənilən olduğunu da deyə bilərəm. Çünki hazırda parlamentdə təmsil olunan partiyaların təmsilçilərinin komitə və Milli Məclis sədrinin müavini səviyyəsində olması onu göstərdi ki, digər komissiyalarda da bu ehtimal böyükdür. Ümumi dəyişiklik fəlsəfəsi onu tələb edir ki, Əfv Komissiyasında da parlament müxalifətçilərinin təmsilçiləri yer alsınlar”.

F.Mustafa uzun müddətdir ki, iclasları dayanan Əfv Komissiyasında bu prosesin nə zaman başlayacağı barədə də danışmağa çətinlik çəkdi: “Dediyim kimi, sərəncam yenidir. Komissiyanın yeni sədri də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. O, yəqin ki, bu məsələləri müzakirəyə çıxaracaq, yəni onun tərəfindən məlumat veriləcək. Amma yeni tərkib formalaşdırıldığından yəqin ki, yaxın vaxtlarda pandemiya şəraiti nəzərə alınmaqla bir toplantı olacaqdır. Onda artıq bəlli olacaq ki, hansı istiqamətdə, hansı məsələlər ətrafında müzakirələr başlayacaq”.

Zahid Oruc su probleminin həllinə-DƏSTƏK OLDU VƏ…-FOTOLAR – EtikXəbər

Zahid Oruc: “Komissiya müvafiq siyahıları dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcək”

Yeni üzvlərdən Zahid Oruc APA-ya bildirib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir: “Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərk-silah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi. Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji iqtisadi-siyasi qərarlarla sabitliyi və əmin-amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, Prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən, müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”.

O deyib ki, birinci vitse-prezident Mehriban Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir: “Təsadüfi deyil ki, on minlərlə insanın ümid dolu məktubları, bağışlanma müraciətləri məhz Mehriban xanıma ünvanlanır. Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi”.

Millət vəkili deyib ki, indi komissiyanın yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və komissiyanın müzakirəsinə çıxarılacaq: “Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilikdə 400-dən artıq şəxsə şamil olundu. İndi komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcək. Əlbəttə, hər zaman olduğu kimi, cənab Prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.

Komissiyanın əvvəlki və yeni tərkibində yer alan hüquqşünas Əliməmməd Nuriyev “Report”a bildirib ki, iclasların çağırılması komissiya sədrinin səlahiyyətindədir: “Komissiyanın sədri iclasları o zaman çağırır ki, daxil olan müraciətlərlə bağlı arayışlar tam hazırlanır. Bundan sonra sədr iclas çağırır və müzakirələrə başlanılır”.

Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

Əliməmməd Nuriyev: “Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”

Ə.Nuriyev əlavə edib ki, komissiya katibliklərlə birlikdə 18 nəfərdən ibarətdir və pandemiya ilə əlaqədar hələlik 10 nəfərdən artıq şəxsin bir yerə toplaşması xüsusi karantin rejiminin qaydalarına ziddir: “Bu da iclasların keçirilməsi üçün texniki və qaydalara əməl edilməsi baxımından vaxt apara bilər. Amma komissiyanın katibliyi və əfv sektoru işləyir və daxil olan müraciətlərin emalı, müvafiq arayışların hazırlanması prosesi gedir. Həmçinin komissiyanın üzvləri kimi bizə daxil olan müraciətləri katibliyə yönəldirik. Yəni komissiyada iş gedir. Artıq komissiyanın tərkibi də tam təsdiqlənib. Ümid edirik ki, karantin rejiminin yumşalması fonundakı şərtlər daxilində iclasların keçirilməsi də mümkün olacaq”.

Növbəti əfv sərəncamının nə zaman imzalanacağı barədə suala cavab olaraq Ə.Nuriyev deyib ki, əfvlə bağlı daxil olan bütün müraciətlər müvafiq qaydada araşdırılır: “Düşünürəm ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ya Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər. Təbii ki, bu məsələ birbaşa ölkə başçısının konstitutsion səlahiyyətindədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930