Professor İlham Rəhimov himayəyə götürdüyü şəhid övladını Tovuzda ziyarət etdi FOTOLAR

19.09.2020 - 16:07

Hüquq professoru, məşhur azərbaycanlı iş adamı İlham Rəhimov Tovuz rayonuna gəlib.

Xəbər verdiyimiz kimi “Yeni Müsavat” Media Qrupunun reportyorları Tovuza ezam olunub. Əməkdaşlarımız son günlər Tovuz istiqamətində vəziyyətin gərginləşməsi və cəbhə bölgəsində baş verənlərlə bağlı ətraflı məlumatlar əldə etməyə çalışacaqlar.

Reportyorlarımız Tovuz rayonun Ağdam kəndində ermənilərin açdığı atəş nəticəsində dağılan evlərdə aparılan təmir-tikinti işləri ilə bağlı çəkiliş edən zaman İlham Rəhimov da kəndə gəlib.

Əslən Tovuzdan olan professor İlham Rəhimov Ağdam kəndində şəhid Elşad Məmmədovun ailəsini ziyarət edib.

Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun ailə üzvləri ilə görüşən İlham Rəhimov bildirib ki, şəhidimizin övladı və ailə üzvlərini daim diqqətdə saxlayacaq.

Daha əvvəl də xəbər verdiyimiz kimi, İlham Rəhimov şəhid Elşad Məmmədovun 10 aylıq övladı Məhəmmədi himayəyə götürüb.

İlham Rəhimov şəhidin ailəsini ziyarət edən zaman deyib ki, ömrünün sonuna qədər ailəyə lazım olan bütün maddi və mənəvi dəstəyi göstərəcək.

“Mənə bir şey olsa belə qızıma tapşırmışam. Sizi heç zaman tək qoymayacaq, lazım olan dəstəyi göstərəcək”- deyə İlham Rəhimov şəhidin atası Dönməz Məmmədovla söhbətində qeyd edib.

Professor İlham Rəhimov şəhid ailəsini ziyarət etdikdən sonra “Yeni Müsavat”a eksklüziv müsahibə verib. Həmin müsahibəni də yaxın vaxtlarda oxucularımıza təqdim edəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=154560

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31