Ağdamda ermənilər tərəfindən öldürülən 76 yaşlı sakinin evi yenidən tikilir FOTO VİDEO
Xəbər verdiyimiz kimi “Yeni Müsavat” Media Qrupunun reportyorları Tovuz rayonuna ezam olunublar.
Reportyorlarımız İlkin Muradov və Məhəmməd Türkmən Tovuz rayonunun Ağdam kəndində olub. Onlar xəbər verir ki, bu ilin iyul ayında ermənilərin kəndi atəşə tutmaları nəticəsində zərər görən bütün fərdi yaşayış evlərinin, ölkə rəhbərliyinin göstərişi ilə təmir-tikintisinə başlanılıb.
Xatırladaq ki, Tovuz hadisələri zamanı ermənilərin fərdi yaşayış evlərini atəşə tutması nəticəsində Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov yaşadığı evdə dünyasını dəyişmişdi.
Həmçinin həmin hadisə zamanı Əziz Əzizovun evi də yarasız vəziyyətə düşmüşdü. Hazırda həmin ev sökülərək, yerində yenisi inşa edilir.
Əməkdaşlarımızın Tovuzdan hazırladığı növbəti videoreportajı təqdim edirik:







Short URL: http://www.cumhuriyyet.net/?p=154570