Postdakı general-polkovniklər

03.02.2021 - 16:52

Prezident İlham Əliyevin 2 fevral sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib.

Novator.az bildirir ki, daha 9 mərkəzi icra hakimiyyəti orqanının rəhbəri general-polkovnikdir: müdafiə naziri Zakir Həsənov, ədliyyə naziri Fikrət Məmmədov (I dərəcəli dövlət ədliyyə müşaviri kimi), daxili işlər naziri Vilayət Eyvazov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə sənayesi naziri Mədət Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev.

Dövlət orqanlarında rəhbər post tutan digər general-polkovniklər bunlardır: müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, Təhlükəsizlik Şurasının sədri Ramil Usubov, prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov.

Short URL: http://www.cumhuriyyet.net/?p=160532

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728