AFFA Elmar Məmmədyarovla bağlı məsələyə aydınlıq gətirib

04.02.2021 - 12:08

“Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvüdür, oradan çıxmaq üçün hər hansı bir əsas da yoxdur”.

Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

O bildirib ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir: “AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvü seçilib. Səlahiyyət müddəti də 4 ildir. Əgər özü hər hansı bir səbəbdən istefa verməsə ki, bunu da etməyib, hüquqi baxımdan onun buradakı işini davam etdirməsi ilə bağlı heç bir maneə yoxdur. Məmmədyarov komitənin üzvü kimi fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, Elmar Məmmədyarovun məsul olduğu konkret istiqamət dövlət orqanları ilə əlaqələrdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=160577

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728