Zaqatalada BMW yanıb

05.02.2021 - 17:06

Zaqatalada minik avtomobili yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayon sakini Araz Məhəmməd oğlu İsayevin idarə etdiyi BMW markalı, 90 TX 966 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobilin motorxanası yanaraq yarasız hala düşüb.

Avtomobilin tam yanmasının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=160668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728