Qənirə Paşayeva aktyor Çingiz Əhmədov və Mehriban Əhmədovla görüşüb

07.02.2021 - 11:25

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmıs aktyor, Əməkdar artist Çingiz Əhmədov və onun həyat və sənət yoldaşı Mehriban Əhmədovanı Mədəniyyət Komitəsində qəbul edib, onların sənət uğurları, yaradıcılıq planları barədə ətraflı söhbət aparılıb.

Əhmədovlar ailəsinin övladı İbrahim Çingizin də sənət yolu seçdiyini, Rus Dram Teatrının sevilən gənc aktyoru olduğunu vurğulayan Q.Paşayeva, sənətçi ailəsinə yeni uğurlar diləyib. “Xahiş edirəm, bizim – Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailənizin digər üzvlərinə, doğmalarınıza və kollektivinizə çatdırasınız. Sənət afamları ilə hər görüş xoş və yaddaqalan olur. Umidvaram pandemiya məhdudiyyətləri də atadan qalxacaq və teatrlar öz sadiq tamaşaçılarına qovuşacaq”.

Ç.Əhmədov və M.Əhmədova səmimi qəbul üçün Q.Paşayevaya təşəkkür edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=160747

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031