Bakıda silahlı şəxslər tutulub FOTO

08.02.2021 - 12:22

Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə,  Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. Onun üzərinə baxış  keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq  və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Canbaxış Əliyev tutulub. Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=160844

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031