Pandemiya dünya məşhurlarını belə dəyişdirdi – Fotolar

09.02.2021 - 15:01

Pandemiya hamı kimi məşhurların da həyat tərzlərinə və hətta görkəmlərinə təsir edib.

Maska istifadə etmək, sosial məsafə saxlamaq zəruriliyi üzündən bir il əvvəl ən baxımlı vəziyyətdə olan məşhurlar indi alış-verişə, gəzintiyə çıxan zaman çox rahat və bəzən dağınıq bir üsluba üstünlük verirlər.

Musavat.com xarici mediaya istinadən bildirir ki, dünyaca məşhur Reyçel Bilson son zamanlar saçları dağınıq, makiyajsız görünür.

Sonuncu dəfə 39 yaşlı aktrisa Los Ancelesdəki anasının evindən çıxarkən görüntülənib. Aktrisanın dağınıq saçı, rahat geyimi, makiyajsız olması diqqət çəkib.

Məşhur amerikalı aktrisa Melanie Qrift də son vaxtlar rahat geyimi və makiyajsız halı ilə diqqət çəkir. Reyçel Bilson kimi o da bu günlərdə Los Anceles küçələrində rahat tərzli geyimi, saç düzümü ilə kameralara tuş gəlib.

Halbuki aktrisa bu vaxta qədər bu cür görünməmək üçün böyük əmək sərf edir, görkəminə və geyiminə xüsusi diqqət yetirirdi. İndi isə Qrif bu halından heç də narahat görünmür.

Məşhur ulduz Ayla Fişer də bu günlərdə uzun don geyinib, tamamilə makiyajsız halı ilə kameralara tuş gəlib.

Dünyaca məşhur model Bella Hadid də tez-tez rahat geyimdə görünür. Modelin son vaxtlar daha çox qara rəngə üstünlük verməsi də diqqətlərdən yayınmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=160967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728