Sahibkarlığın İnkişafı Fondunun yığılmış zərəri 86 milyon manatı keçib

10.02.2021 - 10:58

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2019-cu ili 34,497 milyon manat zərərlə başa vurub.

Report Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 66,6% artaraq 86,289 milyon manata çatıb.

2019-cu ildə Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 8,745 milyon manat (2018-ci ilə nisbətən 2,7% çox), əməliyyat xərcləri 4,03 milyon manat (3,3 dəfə çox), xüsusi ehtiyatlara ayırmaları 39,128 milyon manat (73,4% çox), mənfəət vergisi ödəmələri isə 84 min manat (5,4 dəfə az) təşkil edib.

2020-ci il yanvarın 1-nə Fondun aktivləri 927,133 milyon manat olub ki, bu da illik müqayisədə 3% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 10,6 dəfə azalaraq 18 min manata, balans kapitalı isə 3% azalaraq 927,115 milyon manata düşüb.

Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161038

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31