Zakir Həsənov və Hulusi Akar bir yerdə: Türkiyə-Azərbaycan təlimlərini izlədilər FOTO VİDEO
Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=161203