Hacıqabulda keçmiş məhkumdan avtomat götürülüb FOTO

11.02.2021 - 15:55

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində polis orqanları tərəfindən əməliyyat-axtarış, profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb.

X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=161217

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728