Qənirə Paşayeva seçicisi şəhid Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb FOTO

12.02.2021 - 11:15

Q.Paşayeva Tovuz rayon Ağdam kənd sakini olan seçicisi şəhid Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Ağdam kənd sakini, Vətən Müharibəsinin şəhidi Elbrus Şəmsi oğlu Yusifovun həyat yoldaşı Günay Elşən qızı Yusifova ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb: “Əziz Günay xanım, Sizin həyat yoldaşınız Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Biz siz şəhid ailəsi üzvlərinə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Elbrus Yusifov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi.

Kəşfiyyatçı kiçik çavuş Elbrus Yusifov 2020-ci ilin iyulundakı Tovuz döyüşlərinin də iştirakçısı olub. Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə şəhid olub.

Sizin iki övladınız var; inanırıq ki onlar atalarının adına layiq böyüyərək layiqli övlad və Vətənimiz üçün layiqli vətəndaş olacaq.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Short URL: http://www.cumhuriyyet.net/?p=161264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728